Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda dəhşətli qəza: 4 ölü, 5 yaralı

Lənkəranda dəhşətli qəza: 4 ölü, 5 yaralı


10-09-2016, 09:39. Yazar: Xeberaz
Lənkəranda dəhşətli qəza: 4 ölü, 5 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön