Ana Sayfa > Karusel / Hadisə > Qurban bayramı üçün qoyun oğurladılar

Qurban bayramı üçün qoyun oğurladılar


8-09-2016, 23:48. Yazar: Xeberaz
Qurban bayramı üçün qoyun oğurladılar

Ağdam rayonunda oğurluqla məşğul olan iki nəfər tutulub.

"Xəbəraz.az ""Report"a istinadən bildirir ki, Rayon Polis şöbəsindən verilən məlumata görə, saxlanılan şəxslər rayonun Eyvazlı kəndi ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinirlər.
Hadisədən xəbər tutan heyvan sahibi dərhal polisi bu barədə məlumatlandırıb. Asayiş keşikçilərinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxslər "VAZ 2106" markalı avtomobil ilə saxlanılıblar. Maşına baxış zamanı dəyəri 400 manat olan bir baş qoç aşkar edilib. Heyvan öz sahibinə qaytarılıb.
Şübhəli şəxs qismində saxlanılan Vəliyev Qədir Əli oğlu və Məmmədov Tahir Məhəmməd oğlu istintaqa təhvil verilib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.


Geri dön