Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Banklar dollar alışını dayandırdı

Banklar dollar alışını dayandırdı


8-09-2016, 21:14. Yazar: Xeberaz
Banklar dollar alışını dayandırdı

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını dayandırıb.

"Xəbəraz.az ""Report"a istinadən xəbər verir ki, banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır.

Qeyd edək ki, "qara bazar"da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin sabah və bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bugünki valyuta hərracına Dövlət Neft Fondu ilə birlikdə 300 mln. dollar çıxarıb və bütün məbləğ satılıb. Qeyd edək ki, AMB-nin cari məzənnəsi nəzərə alınmaqla kommersiya bankları tətbiq olunan +/-4%-lik marja ilə dolların alışını minimum 1,5747 AZN/USD məzənnəsi apara bilər.
Geri dön