Ana Sayfa > Karusel / Hadisə > Bakıda lüks avtomobil iki qadını vurdu - FOTO

Bakıda lüks avtomobil iki qadını vurdu - FOTO


8-09-2016, 11:18. Yazar: Xeberaz
Bakıda lüks avtomobil iki qadını vurdu - FOTO

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Xəbəraz.az "-ın məlumatına görə, dünən saat 23 radələrində Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə Abbas Səhhət küçəsinin kəsişməsində 99 GP 999 dövlət qeydiyyat nişanlı "Mercedes" iki qadını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 37 və 19 yaşlı iki qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
Geri dön