Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Fransa erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir

Fransa erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir


7-09-2016, 20:43. Yazar: Xeberaz
Fransa erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir

Fransa hökuməti beş nəfərdən ibarət erməni ailəsini Azərbaycana deportasiya etmək istəyir. Sevak və Anait Sianosyanlar və onların Qraç, Mari və Liya adlı uşaqları 2013-cü ildən etibarən qeyri-qanuni olaraq Fransada yaşayırlar. Amyen şəhərində məskunlaşmış ailənin sənədləri də yoxdur.

"Xəbəraz.az " virtualaz.org-a istinadən xəbər verir ki, yerli orqanların ailəni Azərbaycana deportasiya etmək niyyəti isə Sevak və Anaitin Azərbaycan-erməni qarışıq ailələrində anadan olması ilə bağlıdır.

Yerli hüquq müdafiəçiləri ailənin müdafiəsinə qalxıblar. Onlar hakimiyyətə çardırmaq istəyirlər ki, Azərbaycan bu ailəni qəbul etməyə çətin ki, razı olsun.

Məhkəmə bu yaxında yekun qərarını verməlidir.
Geri dön