Ana Sayfa > Karusel / Hadisə / M2 > Göyçayda ev partladı: Yaralılar var

Göyçayda ev partladı: Yaralılar var


7-09-2016, 10:26. Yazar: Xeberaz
Göyçayda ev partladı: Yaralılar var
Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb.

APA-nın xəbərinə görə, bu gün saat 08:00 radələrində rayonun Malı-şıxlı kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində qaz sızması baş verib. Hadisə zamanı ev sahibi Atəş Həşimov, həyat yoldaşı 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları - 2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön