Ana Sayfa > Karusel / Hadisə > Bakıda toyda bəyin atasının ürəyi dayandı

Bakıda toyda bəyin atasının ürəyi dayandı


6-09-2016, 15:58. Yazar: Xeberaz
Bakıda toyda bəyin atasının ürəyi dayandı

Sentyabrın 5-də paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Şahənşah” şadlıq sarayında keçirilən toy mərasimində xoşagəlməz hadisə yaşanıb.

"Xəbəraz.az "xəbər verir ki, toyda bəyin atası qəfil infakt keçirib.

Hadisə zamanı restorana Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Daha sonra bəyin atası xəstəxanaya aparılıb.

“Şahənşah” şadlıq sarayının Ramal adlı baş administratoru faktı təsdiqləyərək deyib ki, yaşanan bu hadisə toyu yarımçıq saxlamayıb: “Toy gecə saat 11:30-a qədər davam edib. Yəni, bəyin atasına görə toy yarımçıq qalmayıb”.

Geri dön