Ana Sayfa > Karusel / Hadisə > Salyan sakini qonşusunu balta ilə qətlə yetirdi

Salyan sakini qonşusunu balta ilə qətlə yetirdi


6-09-2016, 09:37. Yazar: Xeberaz
Salyan sakini qonşusunu balta ilə qətlə yetirdi

Salyanda 41 yaşlı kişi qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün axşam saatlarında Salyan şəhəri, Tale Davudzadə küçəsində yaşayan, əvvələr məhkum olunmuş, 41 yaşlı Elçin Eldar oğlu Babayev balta ilə qətlə yetirilib. Onun meyitini evə qayıdan bacısı aşkar edib.


Bir müddət sonra Elçin Babayevin qonşusu- 40 yaşlı, əvvələr iki dəfə məhkum olunmuş Quliyev Seymur Seyran oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. S.Quliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda cianyət işi açılıb, araşdırma aparılır.
Geri dön