Ana Sayfa > Karusel / Siyasət / Hadisə / Dünya > Hökumətdən EHSAN QƏRARI: Kərimovun xatirəsinə plov verildi

Hökumətdən EHSAN QƏRARI: Kərimovun xatirəsinə plov verildi


5-09-2016, 20:14. Yazar: Xeberaz
Hökumətdən EHSAN QƏRARI: Kərimovun xatirəsinə plov verildi


Bu gün Özbəkistanın paytaxtında yerləşən restoranlarda İslam Kərimovun xatirəsinə plov verilib.

"Xəbəraz.az " xəbər verir ki, Daşkəndin bəzi restoranları ötən həftə vəfat edən Özbəkistanın ilk prezidenti İslam Kərimovun xatirəsinə plov verib. Ehsan süfrəsi dövlət başçısının dəfn mərasiminin təşkili üzrə hökumət komissiyasının qərarına uyğun olaraq təşkil edilib və 11:00-dən 15:00-dək paytaxtın ən azı beş restoranında ehsan və plov verilib. Plov gününə istənilən şəxs qatıla bilib. Bundan əlavə, bu cür mərasimlər respublikanın digər rayonlarında da keçiriləcək.

Qeyd edək ki, plov günü ölən şəxsin xatirəsinə həsr olunan mərasimdir. Dəfndən sonra başsağlığına gələn qonaqlar üçün süfrə açılır və isti plov təqdim olunur. Ehsan üçün təqdim edilən plov süfrəsi bayram plovundan onunla fərqlənir ki, süfrədə oturanlar müqəddəs “Qurani-Kərim” kitabından sürələr oxuyur. Ehsan süfrəsi “Quran”-dan surələr oxunması ilə başa çatır. Həminçinin bir cəhəti də qeyd etmək lazımdır ki, Özbəkistanda plov günündə yalnız kişilər xidmət göstərir.

Geri dön