Ana Sayfa > Karusel / Gündəm / İdman > Bakı Şahmat Olimpiadasının 4-cü günü - FOTO
Bakı Şahmat Olimpiadasının 4-cü günü - FOTO5-09-2016, 19:58. Yazar: Xeberaz |
Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşır. İkinci komandamız əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayır. Azərbaycanın üçüncü yığması isə Türkmənistan ilə üz-üzə gəlir. "Xəbəraz.az " bildirir ki, Qadınlardan ibarət əsas komandamız dördüncü turda Rumıniya ilə mübarizə aparır. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir. Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. Geri dön |