Ana Sayfa > Karusel / Gündəm > Dolu və sulu qar gözlənilir - XƏBƏRDARLIQ

Dolu və sulu qar gözlənilir - XƏBƏRDARLIQ


5-09-2016, 16:34. Yazar: Xeberaz
Dolu və sulu qar gözlənilir - XƏBƏRDARLIQ

Sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayr-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmanetindən verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-28°, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31°, dağlarda gecə 9-14° isti, gündüz 15-19° isti olacağı gözlənilir.
Geri dön