Ana Sayfa > Karusel / Gündəm / Dünya > Rusiya-Azərbaycan sərhədində irimiqyaslı təlimlər - "Qafqaz-2016"
Rusiya-Azərbaycan sərhədində irimiqyaslı təlimlər - "Qafqaz-2016"5-09-2016, 16:29. Yazar: Xeberaz |
Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, "Qafqaz-2016" adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək. Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq. Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir. Geri dön |