Ana Sayfa > Karusel / Gündəm / M2 > Bu metronun giriş-çıxışı 2 günlük bağlanır

Bu metronun giriş-çıxışı 2 günlük bağlanır


19-05-2015, 22:50. Yazar: Fehrad
Bu metronun giriş-çıxışı 2 günlük bağlanır




“Gənclik” stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük bağlanır.


Xeberaz.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev oxu.az-a bildirib ki, “Gənclik” stansiyasının İdman Akademiyası istiqamətində olan vestibülün giriş-çıxışı 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır.

Nəsimi Paşayevin sözlərinə görə, bağlanacaq giriş-çıxış sadəcə yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.
Təmir işlərinin 22 may səhər saat 6.00-ya qədər tamamlanması planlaşdırılır.
Geri dön