Ana Sayfa > Karusel / Texnologiya > Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar

Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar


4-09-2016, 09:40. Yazar: Xeberaz
Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar

“Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zükerberq “WhatsApp” və “Messenger” əlavələrini birləşdirmək niyyətində deyil.

"Xəbəraz.az " lent.az-a istinadla xəbər verir ki, belə bir bəyanatla M.Zükerberq Cənubi Afrika Respublikasının KİV-lərinə müsahibəsində çıxış edib.

“Facebook”un baş direktoru hesab edir ki, hər iki əlavə müxtəlif növ ünsiyyət üçün nəzərdə tutulub və hər birinin 1 milyarddan artıq istifadəçisi var.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu günlərdə isə “WhatsApp” elan edib ki, “Facebook”un istifadəçi məlumatlarını bölüşəcək.

Geri dön