Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > İslam Kərimovun qızını dəfnə buraxmadılar - Foto

İslam Kərimovun qızını dəfnə buraxmadılar - Foto


3-09-2016, 21:00. Yazar: Xeberaz
İslam Kərimovun qızını dəfnə buraxmadılar - Foto

Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı atasının dəfninə buraxmayıblar.

"Xəbəraz.az "“Fərqanə” saytına istinadən xəbər verir ki, Kərimovaya hətta atası ilə vidalaşmağa da icazə verməyiblər.

Məlumata görə, Gülnarə Kərimova artıq iki ildir ki, ev dustağıdır və ətraf mühitdən, o cümlədən internetdən təcrid olunub.

Qeyd edək ki, Daşkənddə keçirilən dəfn mərasimində dünyanın bir çox ölkələrindən gələn rəsmi şəxslər, həmçinin Kərimovun kiçik qızı Lola iştirak edib.

Geri dön