Ana Sayfa > Karusel / İbadət > Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi hansıdır?

Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi hansıdır?


3-09-2016, 20:11. Yazar: Xeberaz
Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi hansıdır?


"Xəbəraz.az " islam.az-a istinadən bildirir ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) möcüzələri çox olub. Bunların bəzilərini dostlarının xahişi ilə, bəzilərini də düşmənlərinin tələbi ilə edib. Amma o həzrətin ən məşhur və ən əzəmətli möcüzəsi Quran sayılır. Çünki qalan möcüzələr müəyyən zamana bağlı olur və müvəqqətidir. Bu möcüzələri ancaq orada olan adamlar görürlər. Quran isə qiyamətə kimi qalacaq və hamı bu kəlamın müqəddəsliyini, bənzərsizliyini görüb etiraf edəcək. Quran digər səmavi kitablardan da üstündür və onlardan fərqli olaraq təhrif edilməyib və edilməyəcək. Buna görə də İslam Peyğəmbərinə vəhy olan Quran o həzrətin qalan möcüzələrindən və bütün peyğəmbərlərin göstərdiyi möcüzələrdən daha üstündür.


Geri dön