Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Dünya > İslam Kərimov Səmərqənddə dəfn ediləcək - Özbəkistan hökuməti

İslam Kərimov Səmərqənddə dəfn ediləcək - Özbəkistan hökuməti


3-09-2016, 14:37. Yazar: Xeberaz

İslam Kərimov Səmərqənddə dəfn ediləcək - Özbəkistan hökuməti

Özbəkistan prezidenti İslam Kərimov 78 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Geri dön