Ana Sayfa > Karusel / Hadisə > Xınalıqda köməksiz qalan turist qadın helikopterlə xilas edildi - YENİLƏNİB
Xınalıqda köməksiz qalan turist qadın helikopterlə xilas edildi - YENİLƏNİB3-09-2016, 14:29. Yazar: Xeberaz |
Quba rayonunun Xınalıq kəndi ərazisində dağlıq ərazidə köməksiz qalmış rusiyalı turist qadın xilas edilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevna Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə ərazidən götürülb. *** 11:20 Quba rayonunun Xınalıq kəndinə gələn turist dağlıq ərazidə köməksiz qalıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gələn yolu sel apardığından Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın qayıtması mümkünsüz olub. Onun ərazidən götürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub. Hazırda xilasetmə əməliyyatı davam etdirilir. Geri dön |