Ana Sayfa > Karusel / Texnologiya > Dünyanın ən nazik noutbuku

Dünyanın ən nazik noutbuku


2-09-2016, 16:37. Yazar: Xeberaz
Dünyanın ən nazik noutbuku

“Acer” şirkəti Berlində keçirilən “IFA” konfransında 9,98 millimetr qalınlığında dünyanın ən nazik “Acer Swift 7” noutbuk modelini təqdim edib. İndiyədək dünyanın ən nazik noutbuku qalınlığı 10,4 millimetrə bərabər “HP Spectre” hesab edilib. “Swift 7” hazırda bazarda qalınlığı 1 santimetrdən az olan ilk noutbukdur.

"Xəbəraz.az " Azərtac istinadən xəbər verir ki, korpusu və qapağı bütöv alüminium təbəqəsindən düzəldilən qurğu 13 düymlük "Full HD” displey, yeddinci nəsil “Intel Core i5” prosessoru və 256 giqabayt tutumlu bərk cisimli toplayıcı ilə təchiz edilib. Operativ yaddaşın həcmi giqabayt təşkil edir. Həmçinin “Wi-Fi 802.11ac” adapteri “MU-MIMO” texnologiyasını dəstəkləyir və 2x2 konfiqurasiyasında işləyə bilir. Sistemin çəkisi 1,1 kiloqram təşkil edir.

“Swift 7” noutbuku “Swift 5”, “Swift 3” və “Swift 1” modellər sırasında liderdir. Onların heç birinin qalınlığı və çəkisi “Swift 7” ilə müqayisə edilə bilməz. Məsələ ondadır ki, bu sistemlərin hamısı 14 düymlük matrisa ilə komplektləşdirilir.

“Acer Swift 7” noutbukunun EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) satışına bu ilin oktyabrında başlanılacağı gözlənilir. Qurğunun baza komplektliyində qiyməti 1299 avroya bərabər olacaq.

Geri dön