Ana Sayfa > Karusel / Hadisə > ABŞ-da güclü qasırğa başlayıb

ABŞ-da güclü qasırğa başlayıb


2-09-2016, 15:58. Yazar: Xeberaz
ABŞ-da güclü qasırğa başlayıb

Ermine qasırğası Florida ştatının şimalını cənginə alıb.

"Xəbəraz.az "report-a istinadən bildirir ki, bu, ştat ərazisində son 11 ildə müşahidə olunan ilk qasırğadır.

Artıq ABŞ-ın üç ştatında - Corciya, Florida və Şimali Karolinada fövqəladə vəziyyət tətbiq edilib. Küləyin sürəti saatda 130 km-ə çatır.

Floridanın paytaxtında, Tallahassi şəhərində artıq təxminən 70 min ev işıqsız qalıb. Meteoroloqlar daşqın riski barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, Floridada son qasırğa 2005-ci ilin oktyabr ayında müşahidə olunan Uilma qasırğası olub. O zaman beş nəfər həlak olmuşdu. Qasırğanın vurduğu zərərin aradan qaldırılması 23 milyard dollara başa gəlmişdi.
Geri dön