Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Ərdoğan: “400 kv.km. ərazi İŞİD-dən azad edilib”

Ərdoğan: “400 kv.km. ərazi İŞİD-dən azad edilib”


2-09-2016, 09:55. Yazar: Xeberaz
Ərdoğan: “400 kv.km. ərazi İŞİD-dən azad edilib”

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatının uğurla keçirildiyini bildirib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, prezident Suriyanın şimalında 400 kv.km. ərazinin İŞİD və kürd silahlı dəstələrindən azad edildiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə ordusu Suriya müxalifət qüvvələri və beynəlxalq koalisiyanın iştirakı ilə ötən həftə Suriyanın şimalındakı Carablus şəhərinin İŞİD terrorçularından təmizləmə əməliyyatına başlayıb.
Geri dön