Ana Sayfa > Karusel / Şou-Biznes > Məşhur aparıcı: “İnsanlara zülm verməyin!”

Məşhur aparıcı: “İnsanlara zülm verməyin!”


1-09-2016, 23:04. Yazar: Xeberaz
Məşhur aparıcı: “İnsanlara zülm verməyin!”

Metrodan istifadə edən aparıcı Aytən Səfərova ventilyasiya sisteminin işləməməsindən şikayət edib.

"Xəbəraz.az " xəbər verir ki, Aytən Səfərova sosial şəbəkədə bu sözləri yazıb: “Bakı metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər stansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. Bu, nədir? Metroda, qatarlarda ventilyasiya deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan - yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Ventilyasiya sistemini düzəldin, insanlara belə zülm verməyin!”.
Geri dön