Ana Sayfa > Karusel / Hadisə > İŞİD futbol hakimlərini yasaqladı: "Allahın işinə qarışırlar!"

İŞİD futbol hakimlərini yasaqladı: "Allahın işinə qarışırlar!"


1-09-2016, 20:01. Yazar: Xeberaz
İŞİD futbol hakimlərini yasaqladı: "Allahın işinə qarışırlar!"

"İraq və Şam İslam Dövləti" (İŞTD) terror təşkilatı Suriya və İraqda nəzarətdə saxladığı ərazilərdə oynanan futbol matçlarında peşəkar futbol hakimlərinin meydana çıxmasını yasaqlayıb.

"Xəbəraz.az " Syrian Observatory of Human Rights-a istinadən bildirir ki, Suriyanın Deyr əz Zor şəhərində isə ümumiyyətlə, futbol hakimliyi "haram" sayılıb.

İŞİD-in şəhərdəki liderlərinin dediklərinə görə, "beynəlxalq futbol qaydaları Şəriətə ziddir".

İŞİD futbolu əvvəllər haram buyursa da, indi həmin yasaq yumşalıb. Amma hakimlik qadağan olunub və bununla bağlı fətvada deyilir: "Futbol oyunlarında hakimlərin qərarları Allahın buyruqlarına uyğun olmur, onlar Allahın işinə qarışır, sünnəyə qarşı çıxırlar".


Geri dön