Ana Sayfa > Karusel / Hadisə > Bakıda faciəvi hadisə: hamilə qadın körpəsi ilə birgə öldü - YENİLƏNİB

Bakıda faciəvi hadisə: hamilə qadın körpəsi ilə birgə öldü - YENİLƏNİB


31-08-2016, 15:24. Yazar: Xeberaz
Bakıda faciəvi hadisə: hamilə qadın körpəsi ilə birgə öldü - YENİLƏNİB

Bətnindəki 36 həftəlik uşağı ilə dünyasını dəyişən Babayeva Dilarənin meyiti dünən ekspertiza müayinəsindən keçirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, 30 yaşlı qadının beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.

***
Bakıda hamilə qadın vəfat edib. "Xəbəraz.az "-ın məlumatına görə, ilkin olaraq zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil olan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının həyatını xilas etmək mümkün olmayıb. 30 yaşlı qadınla birgə bətnindəki 36 həftəlik körpəsi də ölüb.

Faktla bağlı araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.
Geri dön