Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Ərdoğan Gülənçilər haqda: “Bu alçaqlar…”

Ərdoğan Gülənçilər haqda: “Bu alçaqlar…”


30-08-2016, 21:23. Yazar: Xeberaz
Ərdoğan Gülənçilər haqda: “Bu alçaqlar…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid yaxınları və qazilərlə görüş keçirib.

"Xəbəraz.az " Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident öz çıxışında xalqı FETÖ və İŞİD-ə qarşı diqqətli olmağa çağırıb: "Müqəddəs dinimizin dəyərlərini istismar edən FETÖ və İŞİD kimi mövzularda ayıq olmalıyıq. Allah bizə düşünmək, müqayisə eləmək və öz qərarını vermək üçün ağıl verib”.

Türkiyə prezidenti Fətullah Gülənə yaxın olan qüvvələri Allaha şərik qoşmaqda ittiham edib: “Bu adamlar özləri deyir ki, xocamız bizə şah damarımızdan yaxındır. Bununla da şirk eləmiş olurlar. Çünki Allah “Qurani-Kərim”də deyir ki, mən sizə şah damarınızdan yaxınam. Bu alçaqlar məhz bu fikirlərlə kim olduqlarını ortaya qoyurlar”.

“Yaşı minillərlə ölçülən dövlətçilik ənənəsinə malik bir xalq olduqlarını deyən Ərdoğan “Möhtəşəm bir mədəniyyətə, min illik hakimiyyətə malik bir toplumuq, öz inancını 1 dollara satan, Amerikada yaşayan bir şarlatandan mədəd uman insanlara bizim aramızda yer ola bilməz deyə bildirib”.

Geri dön