Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi

Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi


30-08-2016, 20:24. Yazar: Xeberaz
Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi

Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

"Xəbəraz.az " virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Frans-Press"ə Pentaqon sözçüsü məlumat verib.

"Son bir neçə saat ərzində biz bütün tərəflərin ən azı bir neçə gün bir-birinə atəş açmamaq və bütün qüvvələri İŞİD-lə mübarizəyə səfərbər etmək barədə razılığa gəldikləri barədə təsdiqlənmiş məlumat aldıq.

Bu müvəqqəti, ən azı bir neçə günü əhatə edəcək razılaşmadır. Amma biz çox istərdik ki, o daimi olsun", - deyə ABŞ hərbi nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.


Geri dön