Ana Sayfa > Karusel / Hadisə > Bakıda 12 yaşlı dilənçi faciəvi şəkildə öldü - SƏBƏB AÇIQLANDI

Bakıda 12 yaşlı dilənçi faciəvi şəkildə öldü - SƏBƏB AÇIQLANDI


29-08-2016, 21:33. Yazar: Xeberaz
 Bakıda 12 yaşlı dilənçi faciəvi şəkildə öldü - SƏBƏB AÇIQLANDI

12 yaşlı dilənçinin ölüm səbəbini müəyyənləşdirmək üçün meyiti ekspertizaya göndərilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, laborator müayinələr üçün meyitdən zəruri bio-materiallar götürülüb və şöbələrə göndərilib.



İlkin şübhəyə görə, 12 yaşlı uşağın ölümünə səbəb zəhərlənmə olub.

***
Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

"Xəbəraz.az "-ın Report-a istinadən məlumatına görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.
Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.



Fərizə
Geri dön