Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda qəzalı vəziyyətdə olan bina çöküb - FOTO

Azərbaycanda qəzalı vəziyyətdə olan bina çöküb - FOTO


29-08-2016, 20:34. Yazar: Xeberaz
Azərbaycanda qəzalı vəziyyətdə olan bina çöküb - FOTO

Lənkəranda taxta konstruksiyalı birmərtəbəli köhnə tikili çöküb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri binanın yerləşdiyi əraziyə gələrək təhqiqat işləri aparıblar. Binanın ətrafına girişin qadağan olunmasını bildirən lentlər çəkilib.

Həmçinin mövcud vəziyyət barədə müvafiq qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, əvvəllər bu binada Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Şəhərin Səttərxan küçəsi, 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kv.m olan bina uzun müddət qəzalı vəziyyətdə olub.
Geri dön