Ana Sayfa > Karusel / Təhsil / M2 > Bircə quru salam belə bəsimdi, Versən sağ ol verməsəndə gözüm yox
Bircə quru salam belə bəsimdi, Versən sağ ol verməsəndə gözüm yox29-08-2016, 12:07. Yazar: Xeberaz |
Qızıl heykəl Ölən kimi qiymət verin şairə, Sağlığında əldən düşüb dözüm yox. Bircə quru salam belə bəsimdi, Versən sağ ol verməsəndə gözüm yox. Sözlərimlə arzulara çatdılar, Şerimi heç neçiyə satdılar, Özümüsə yanar oda atdılar, Elə yandım külüm qaldı közüm yox. Qələmimi yanı üstə yıxmışam, Dişlərimi dodağıma sıxmışam, Səhər səhər ruzi naza çıxmışam, Axşam evə qayıtmağa üzüm yox. Lap olsada əlli bacı qardaşın, Bu dünyada silən yoxdu göz yaşın, Ölən kimi bəzəyillər bş daşın, Bu millətə daha mənim sözüm yox. Mən diliyəm dodağıyam dünyanın, Sözü daşan bulağıyam dünyanın, Beş on günlük qonağıyam dünyanın, Bir gün gələr sözüm qalar özüm yox. Ceyhun səccad Geri dön |