Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Gəncədə avtomobil qəzası: Yaralılar var

Gəncədə avtomobil qəzası: Yaralılar var


29-08-2016, 02:31. Yazar: Xeberaz
Gəncədə avtomobil qəzası: Yaralılar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında qeydə alınıb.

VAZ 2106 və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön