Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > İki müğənni arasında şəkil çəkdirmək davası - foto

İki müğənni arasında şəkil çəkdirmək davası - foto


29-08-2016, 02:24. Yazar: Xeberaz
İki müğənni arasında şəkil çəkdirmək davası - foto

Məşhur türk müğənnilər Candan Erçetin və Safiye Soyman arasında şəkil çəkdirmək üstündə mübahisə düşüb.
"Xəbəraz.az "Türkiyə mətbuatına istinadən xəbər verir ki, Safiye Soyman hava limanında Candan Erçetinlə qarşılaşıb.

Məlumata görə, həmin vaxt S.Soymanın fanatları onunla selfi çəkdirirmiş. Bu zaman 55 yaşlı müğənni quvcağındakı itlə kənarda dayanan Candan Erçetinə dönərək “Hərkəs bizimlə poza verdi, mən də sizinlə şəkil çəkdirmək istəyirəm” deyib.

İfaçının sözlərinə görə, onun bu istəyini C.Erçetin rədd edib: “Hər kəs mənə baxırdı. Çox pis oldum. Yer yarılsaydı da, içinə girsəydim. Mən də “Sizinlə deyil, itinizlə şəkil çəkdirmək istəyirəm” dedim. Bundan sonra onu görsəm salam vermərəm”.

İki müğənni arasında şəkil çəkdirmək davası - foto
Geri dön