Ana Sayfa > Karusel / Dünya / M2 > Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçdi

Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçdi


28-08-2016, 23:22. Yazar: Xeberaz

 Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçdi
Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə ələ keçdi
İnterpolun Tiflis bürosu və Gürcüstan DİN-in patrul polisi Departamenti İnterpolun axtardığı Azərbaycan vətəndaşını ölkəyə daxil olarkən həbs edib.

1970-ci ildə anadan olmuş Əziz M. Adlı Azərbaycan vətəndaşını İnterpolun Paris bürosu axtarırdı. O, Fransa cinayət məcəlləsinin bir neçə maddəsi, o cümlədən ehtiyatsızlıqdan ölümə səbəb olma, gəmi kapitanının qaçmasına şərait yaratma və dara düşənlərə kömək etməkdən imtinada ittiham olunur. Əziz M. 2014-cü ildə beynəlxalq axtarışa verilib. Hazırda onun ekstradisiyası üçün prosedurlar yerinə yetirilir.
Geri dön