Ana Sayfa > Karusel / Dünya / M2 > İtaliyada yenə zəlzələ oldu - 4,4 bal

İtaliyada yenə zəlzələ oldu - 4,4 bal


28-08-2016, 23:19. Yazar: Xeberaz
İtaliyada yenə zəlzələ oldu - 4,4 bal

İtaliyanın mərkəzi hissəsində 4,4 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

"Xəbəraz.az "Azərtac-a istinadən xəbər verir ki, yeraltı təkanın episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ Romada da hiss olunub.

Son məlumatlara görə, İtaliyanın mərkəzi hissəsində avqustun 24-də gecə 6,0 bal gücündə baş vermiş zəlzələ nəticəsində 290 nəfər ölüb, 2 min 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə seysmoloqlar tərəfindən 1800 yeraltı təkan qeydə alınıb.

Zərərçəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Geri dön