Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib

Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib


28-08-2016, 10:26. Yazar: Xeberaz
Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib
"Xəbəraz.az " xəbər verir ki, məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.

Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır. (apa.az)
Geri dön