Ana Sayfa > Karusel / Hadisə > Gənc nişanlanmağa pul tapmadığı üçün oğurluq etdi (FOTO)

Gənc nişanlanmağa pul tapmadığı üçün oğurluq etdi (FOTO)


28-08-2016, 10:11. Yazar: Xeberaz
 Gənc nişanlanmağa pul tapmadığı üçün oğurluq etdi (FOTO)

Bakı sakini Vüsal Xankişiyev nişanından bir gün sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbəb onun yaxın tanışının evindən qızıl zinət əşyalarını oğurlaması olub.

Nəticədə məlum olub ki, sözügedən şəxs oğurladığı qızılları lombarda qoyaraq, pul götürüb və elə nişan məclisini də həmin pulla Nərimanov rayonundakı restoranlardan birində düzənləyib. Amma Vüsalın xoşbəxtliyi cəmi bir gün çəkib.

Saxlanılan Vüsal Xankişiyev əməlindən olduqca peşman olduğunu bildirib: "Pulum yox idi də. İstəmirdim qızı başqasına versinlər. Tutduğum əməldən də çox peşmanam. Hədsiz dərəcədə peşmanam. Evdəkilərin hamısından üzr istəyirəm. Bağışlasınlar. Əsas da Mahirə".

Qeyd edək ki, Vüsal Xankişiyev əvvəllər oğurluq maddəsi 6 il məhkumluq həyatı yaşayıb. Ötən il azadlığa çıxan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

 Gənc nişanlanmağa pul tapmadığı üçün oğurluq etdi (FOTO)
Geri dön