Ana Sayfa > Karusel / Gündəm > Ankarada şiddətli yağış: evləri su basdı - FOTO

Ankarada şiddətli yağış: evləri su basdı - FOTO


28-08-2016, 09:48. Yazar: Xeberaz
Ankarada şiddətli yağış: evləri su basdı - FOTO

Ankarada axşam saatlarından başlayan güclü yağış paytaxt sakinlərinə zor anlar yaşadıb.

Anadolu agentliyinin məlumatına görə, güclü yağış prospekt və küçələrdə su yığınlarının əmələ gəlməsinə, bəzi yolların və yeraltı keçidlərin isə su altında qalmasına səbəb olub. Şəhərin müxtəlif yerlərində bəzi ev və iş yerlərini də su basıb.

Leysan yağışları səbəbindən bır sıra yollarda avtomobil nəqliyyatında sıxlıq yaranıb. Hazırda güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ciddi iş aparılır.
Geri dön