Ana Sayfa > Karusel / Dünya / M2 > Moskvadakı yanğında ölənlərin hamısı qadındır

Moskvadakı yanğında ölənlərin hamısı qadındır


28-08-2016, 00:18. Yazar: Xeberaz
Moskvadakı yanğında ölənlərin hamısı qadındır

Moskvada anbarda yanğın nəticəsində ölən 17 nəfərin hamısının 20-25 yaşlarında qadın olduğu müəyyənləşib.

APA-nın verdiyi xəbərə görə, ölən şəxslərin hamısı yanğın baş vermiş müəssisənin işçisi olub. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi proseduru həyata keçirilir.

Bundan əvvəl Moskvanın Altufyev şossesində yerləşən mətbəə anbarında baş vermiş yanğın nəticəsində ölən şəxslərin Qırğızıstan vətəndaşı olduğu bildirilmişdi.

Geri dön