Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Buzun insan üçün bilmədiyimiz faydaları...

Buzun insan üçün bilmədiyimiz faydaları...


27-08-2016, 23:59. Yazar: Xeberaz
Buzun insan üçün bilmədiyimiz faydaları...

Yayın ən əsas sərinlədici vasitələrindən olan buzun dəri üçün faydalı xüsusiyyətləri də olduqca çoxdur.

Belə ki, buzdan dərinizi gözəlləşdirmək üçün də istifadə edə bilərsiniz. Beləliklə, buzun bilinməyən bir çox faydaları...

Makiyajdan əvvəl üzünüzə sürtün

"Xəbəraz.az " saglamolun.az-a istinadən bildirir ki, makiyajdan əvvəl dərini makiyaja hazırlamaq çox önəmlidir. Makiyajdan əvvəl üzünüzə biraz buz sürtün, belə olduğu təqdirdə makiyajınız daha uzun müddət qalacaqdır.

Dərini sıxlaşdırır

Buz məsamələri büzüşdürür və qırışıqlıqları gərərək üzünüzə daha canlı bir görünüş qazandırır. Eyni zamanda qan dövranını nizamlayır və civzə əmələ gəlməsinin qarşısının alınmasına yardımçı olur.

Şişmiş gözləri rahatladır

Əgər gözləriniz şişibsə, buz qəlibinin içinə yaşıl çay tökün və dondurun. Sonra bu yaşıl çay buzlarını yüngülcə gözlərinizin altına sürtün.

Qırmızı ləkələri azaldır

Yeni bir civzə çıxdığını görmüsünüzsə, qırmızı olan hissəyə buz sürtün. Bu, eyni zamanda civzə izlərini də azaldır.

Qaşlarınızı almadan öncə keyləşdirir

Buzu qaşlarınızın aldığınız qisimlərinə sürtün və biraz gözləyin. Yüngül bir keyləşmə başladığı zaman qaşlarınızı almanız daha ağrısız olacaqdır.

Günəş yanıqlarını rahatladır

Günəş yanığı ağrısını yüngülləşdirmək üçün biraz su və biraz aloe vera gelini buz qəlibinə qoyun və dondurun. Sonra buz kublarını bədəninizə sürtün. Bədəninizin nə qədər rahatladığını görəcəksiniz.

Dərinizə sağlam parlaqlıq verir

İçinə biraz su əlavə etdiyiniz portağal suyunu buz qəlibinə qoyun və dondurun. Buz qəliblərini üzünüzə 1 dəqiqə ərzində sürtün. Bu qarışım həm üzünüzü təmizləyəcək, həm də dərinizə sağlam bir işıltı - parlaqlıq verəcək.
Geri dön