Ana Sayfa > Karusel / Hadisə > BAKIDA ŞOK OLAY: tanınmış müğənninin oğlu polisə bıçaq çəkdi: "Mən "vor"am"

BAKIDA ŞOK OLAY: tanınmış müğənninin oğlu polisə bıçaq çəkdi: "Mən "vor"am"


26-08-2016, 15:35. Yazar: Xeberaz
BAKIDA ŞOK OLAY: tanınmış müğənninin oğlu polisə bıçaq çəkdi: "Mən "vor"am"

Müğənni Əli Mirəliyevin oğlu DYP əməkdaşının üstünə bıçaq çəkib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə azxeber.com-a hüquq mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, Bakıda Səbail rayon ərazisində DYP əməkdaşı qaydanı pozan sürücünü saxlayıb. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. Buna səbəblərdən biri də yol polisinin sürücü ilə kobud rəftarı və özündənrazılığı olub. Belə münasibət qarşısında sürücü bıçaq çıxarıb və nəticədə bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin (PPX) əməkdaşları sürücünü həbs edərək polis bölməsinə aparıblar.

Əldə edilən məlumata görə, polisə bıçaq çəkən sürücü Əli Mirəliyevin oğlu olub. O, polislərə kriminal aləmdə tanınmıış qanuni oğrularla dostluq münasibəti olduğunu və buna görə onların cəzalandırılacağını deyib.

Məsələ ilə bağlı Əli Mirəliyevin özü ilə də əlaqə saxlanılıb. Müğənni faktı təsdiqləyib və hazırda oğlunun azadlıqda olduğunu bildirib:

“Bəli, belə bir hadisə olub və polislə oğlum arasında kiçik mübahisə düşüb. Oğlum artıq azadlıqdadır”.

Xatırladaq ki, müğənninin Taleh adlı oğlunun adı bir neçə də qalmaqallarda hallanıb.

Taleh Uelsdə olarkən idman mağazasından bir neçə geyim oğurlayıb.

O vaxtkı AFFA rəhbərliyi işə qarışaraq, tutulanları polis idarəsindən çıxarıb. Oğurluq edənlərin bundan sonra Böyük Britaniya ərazisinə girişi qadağan olunub.

Həmçinin, sənətçinin oğlu "Maşın şou"dan atasını uzaqlaşdıran Nurlan Növrəsliyə hücum edib, təhqiredici ifadələrdən istifadə etmişdi.
Geri dön