Ana Sayfa > Karusel / Hadisə > Belçikada güclü partlayış, ölən və yaralananlar var

Belçikada güclü partlayış, ölən və yaralananlar var


26-08-2016, 10:57. Yazar: Xeberaz
Belçikada güclü partlayış, ölən və yaralananlar var

Avqustun 25-dən-26-na keçən gecə Belçikanın Şime şəhərində baş vermiş güclü partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış idman kompleksinin anbarında baş verib.

Partlayış zamanı binada 5 nəfər olub. Onlardan biri ölüb, 2 nəfər ağır, daha 2 nəfər isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Prtlayışın səbəbi hələlik məlum deyil.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, şəhər administrasiyasında insidentlə əlaqədar böhran mərkəzi yaradılıb.



**** 04.33

Avqustun 25-dən-26-na keçən gecə Belçikanın Şima şəhərində güclü partlayış baş verib, idman kompleksi qismən uçub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində bir neçə nəfər yaralanıb.

“Avenir” nəşri uçqun altında ölənlərin aşkarlanacağının istisna olunmadığını bildirib.

Hadisə yerinə aidiyatı qurumların əməkdaşları cəlb edilib.

Partlayışın səbəbləri hələlik məlum deyil.
Geri dön