Ana Sayfa > Karusel / Hadisə / M2 > Göyçayda tələbə qız intihara cəhd edib-Həmidova Nuranə

Göyçayda tələbə qız intihara cəhd edib-Həmidova Nuranə


26-08-2016, 02:23. Yazar: Xeberaz
Göyçayda tələbə qız intihara cəhd edib-Həmidova Nuranə

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Həmidova Nuranə Şahin qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ikinci kurs tələbəsi olan Nuranə Həmidovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön