Ana Sayfa > Karusel / Hadisə / M2 > Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)

Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)


26-08-2016, 01:48. Yazar: Xeberaz
Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)

Ağdaş rayonunda yanğın baş verib, bir nəfər dünyasını dəyişib.
Hadisə bu gün saat 16:30-da Ağdas rayon Musviq İsayev kücəsi nomrə 1 ünvanda yerləşən Azərbarcan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş mədəniyyət və turizm söbəsinin nəzdində yerləşən XIX əsrdə inşa olunmuş, ümumi sahəsi 1690 kvadratmetr olan Qarabəy Karvansarayının yaşayış üçün nəzərdə tutulmuş 2-ci mərtəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Fərrux Məhəmməd oğlu Qurbanova məxsus ümumi sahəsi 29 kvadratmetr olan 1 otaq və 1 mətbəxdən ibarət yaşayış evinin 9 kvadratmetr hissəsi külə dönüb.
Yanğın nəticəsində 2011-ci il təvəllüdlü gözdən əlil Şəfiqə Fərrux qızı Qurbanova tüstüdən boğularaq ölüb.
Hadisə yerinə FHN-nin Ağdaş yanğından mühafizə hissənin 2 maşını və canlı quvvəsi gəlib və yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
***

Ağdaş rayonunda yanğın olub.
Ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)
Nazirliyin binasında 5 yaşlı uşaq yandı (YENİLƏNİB)
Geri dön