Ana Sayfa > Karusel / Hadisə > Ölən həyat yoldaşını 12 km çiynində daşıdı - Maşın vermədilər... - VİDEO

Ölən həyat yoldaşını 12 km çiynində daşıdı - Maşın vermədilər... - VİDEO


25-08-2016, 22:56. Yazar: Xeberaz
Ölən həyat yoldaşını 12 km çiynində daşıdı - Maşın vermədilər... - VİDEO

Hindistanın Odişa ştatının Kalahandi şəhərində insanlıq dramı yaşanıb.

"Xəbəraz.az " xəbər verir ki, Daana Machi adlı şəxsin həyat yoldaşı müalicə gördüyü xəstəxanada dünyasını dəyişib. Ölən qadının cəsədini 70 km aralıdakı evinə aparmaq üçün özəl avtomobil sifariş verməyə maddi baxından gücü çatmayan Machi, xəstəxanadan təcili tibbi yardım maşını tələb edib. Ancaq xəstəxana rəhbərliyi onun bu tələbini yerinə yetirməkdən imtina edib. Çarəsiz qalan hindistanlı 42 yaşında dünyasını dəyişən həyat yoldaşını çiynində daşımalı olub. Dünyasını dəyişən xanımını 12 kilometr çiynində daşıyan Machini görənlər dərhal əlaqədar qurumlara xəbər verib. Yalnız bundan sonra başqa bir xəstəxananın təcili tibbi yardım maşını onların olduğu yerə göndərilib.

atv.az




Geri dön