Ana Sayfa > Karusel / Hadisə > Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə

Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə


24-08-2016, 21:13. Yazar: Xeberaz
Qarğıdalı satan oğlan özünü qurban verdi - “Şıxov”da faciə

Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

"Xəbəraz.az "-ın AzNews.az-a istinadən məlumata görə, çimərlikdə 2 nəfər batıb. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb.




Geri dön