Ana Sayfa > Karusel / Hadisə > Nabranda FACİƏ! 18 yaşlı qız 20 dəqiqə ölümlə mübarizə apardı

Nabranda FACİƏ! 18 yaşlı qız 20 dəqiqə ölümlə mübarizə apardı


24-08-2016, 17:48. Yazar: Xeberaz
Nabranda FACİƏ! 18 yaşlı qız 20 dəqiqə ölümlə mübarizə apardı

Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

"Xəbəraz.az " bu barədə report-a istinadən məlumat verir.

Məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb.

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.
Geri dön