Ana Sayfa > Karusel / Hadisə > Əməliyyatda ölən Aygülün ölüm anı ANBAAN KAMERALARDA - VİDEO

Əməliyyatda ölən Aygülün ölüm anı ANBAAN KAMERALARDA - VİDEO


24-08-2016, 13:48. Yazar: Xeberaz
Əməliyyatda ölən Aygülün ölüm anı ANBAAN KAMERALARDA - VİDEO

Gəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini, 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

"Xəbəraz.az " report-a istinadən tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir:


Geri dön