Ana Sayfa > Karusel / Hadisə > İt uşağın həyatını canı bahasına xilas etdi — VİDEO

İt uşağın həyatını canı bahasına xilas etdi — VİDEO


22-08-2016, 20:26. Yazar: Xeberaz
İt uşağın həyatını canı bahasına xilas etdi — VİDEO

Baltimorda Polo adlı it ev sahibinin uşağını yanğından canı bahasına xilas edib.

"Xəbəraz.az "Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Erika Poremski axşam evdən çıxaraq qarajdakı avtomobilindən bəzi əşyaları götürməyə gedib. Geri qayıdarkən evini alovlar içində görüb. O, səkkiz aylıq qızını yanğından qurtarmaq üçün çalışsa da bunu bacarmayıb. Evin qapısı açılmayıb.

Yanğınsöndürmə briqadası hadisə yerinə gəlib və uşağı xilas etmək üçün əməliyyata başlayıblar. İçəri girərkən onlar şoka düşüb. Alovlar arasındakı 8 aylıq körpəni evin iti öz bədəni ilə örtərək xilas etmişdi. İt yanıb ölsə də qız kiçik yanıq xəsarətləri ilə bu fəlakətdən sağ qurtulmuşdu.


Geri dön