Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda növbəti devalvasiya olacaq? - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Azərbaycanda növbəti devalvasiya olacaq? - MƏRKƏZİ BANKDAN AÇIQLAMA


22-08-2016, 20:10. Yazar: Xeberaz
Azərbaycanda növbəti devalvasiya olacaq? - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

“APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.
Geri dön