Ana Sayfa > Karusel / Hadisə > Bakıda partlayış: 5 nəfər xəsarət alıb

Bakıda partlayış: 5 nəfər xəsarət alıb


22-08-2016, 15:11. Yazar: Xeberaz
Bakıda partlayış: 5 nəfər xəsarət alıb

Avqustun 22-də saat 4 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində partlayış baş verib. "Xəbəraz.az "-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, partlayışa səbəb qəsəbə sakini Sakit Quliyevin evində təbii qazın sızması olub.

Nəticədə xəsarət almış S. Quliyev, arvadı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdiriliblər.


Geri dön