Ana Sayfa > Karusel / Hadisə > Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR

Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR


22-08-2016, 11:21. Yazar: Xeberaz
 Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR

Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

"Xəbəraz.az " apa-ya istinadən bildirir ki, içərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər.

 Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR

 Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR

 Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR
Geri dön